• Cümə axşamı, Dekabr 12, 2024
  • Bakı, 9.0°C

“Torpaq örtüyünün strukturu” laboratoriyası 2024-cü il üzrə yekun hesabatını təqdim edib

  • 2024-10-28

    AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda “Torpaq örtüyünün strukturu” laboratoriyasının 2024-cü il üzrə yekun  hesabatı dinlənilib. Laboratoriyanın müdiri  a.e.d Vilayət Həsənov  hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın  müxtəlif landşaft zonalarında relyef-torpaq əlaqələrinin torpaq xassələrinə və torpaq örtüyü strukturlarına təsirinin müasir metodlarla (relyefin plastikası, məsafədən zondlama, GİS) tədqiqi və etalon ərazilər əsasında  modelləşdirilməsi” mövzusuna 5 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları gördükləri işlər barədə sualları cavablandırıblar.     

   Təqdim olunan yekun hesabat şura üzvləri tərəfindən geniş müzakirə olunub və səsə qoyularaq qəbul edilib.