AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilmişdir. . İnstitutunda elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar Attestasiya Komissiyası qarşısında 2024-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onlar fərdi iş planlarında nəzərdə tutulmuş işlər, laboratoriya və çöl işləri, çap olunmuş məqalələr haqqında ətraflı məlumat verərək, attestasiya komissiyası tərəfindən verilən sualları cavablandırıblar. İnstitutun attestasiya komissiyasının qərarı 9 nəfər elmlər doktoru hazırlığı üzrə dissertant və 4 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktorant ilə fərdi iş planlarında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə əlaqədar növbəti tədris ilinə attestasiya olunmuşdur. İnstitutun 28 oktyabr 2024-cü il tarixli Elmi Şurasında Attestasiyanın nəticələrinə baxılmış və nəticəsi təsdiq edilmişdir.