• Şənbə, Aprel 19, 2025
  • Bakı, 17.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru İnstitutun gənc alimləri ilə görüş keçirib

  • 2025-04-02
   Bu gün AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev institutun gənc alimləri ilə görüş keçirib.
 Görüş zamanı professor Ə.Quliyev gənclərin elmi fəaliyyətinin gücləndirilməsi, elmin təbliğində onların fəal iştirakı və gələcək perspektivlərinin genişləndirilməsi məsələlərinə toxunub. O, gənc tədqiqatçıların qarşılaşdığı çətinlikləri dinləyərək, onların inkişafına daim dəstək olacağını bildirib.
   Səmimi və məhsuldar keçən görüş gənc alimlərin motivasiyasını artırıb, onların elmi fəaliyyətə daha böyük həvəslə yanaşmasına təkan verir.
Elanlar