• Şənbə, Aprel 26, 2025
  • Bakı, 14.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq Muzeyi yenidən qurulur

  • 2025-04-23

   Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların Genezisi, Coğrafiyası və Kartoqrafiyası laboratoriyası nəzdində muzey yaradılmışdır.

   50-dən artıq torpaq örtük nümunəsinin toplusu əsasında Azərbaycanın müxtəlif torpaq-iqlim zonalarını əhatə edən zəngin eksponat bazasına sahibdir. Burada torpaq və ana süxur nümunələri, torpaq monolitləri, xəritələr və institutun fəaliyyəti  ərzində toplanmış unikal materiallar nümayiş olunur.

   Hazırda muzeydə yenidənqurma işləri aparılaraq, muzeyin eksponatları təkmilləşdirilir, təqdimat formatları yenilənir və ziyarətçilər üçün daha əlçatan və interaktiv mühit yaradılır.

Elanlar