• Şənbə, Sentyabr 13, 2025
  • Bakı, 19.0°C

ARETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

  • 2025-09-11

        ARETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

      İmtahan prosesi Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq təşkil edilib. İmtahanda “Ekologiya” ixtisası üzrə 1 iddiaçı iştirak edib. Müvafiq ixtisas üzrə komissiya üzvləri imtahan prosesini izləyib. Sonda iddiaçı komissiya üzvləri tərəfindən “əla” qiymətləndirilib.