• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” və “Üzvi gübrələr” laboratoriyaları 2021-ci il üzrə yekun hesabatlarını təqdim ediblər

  • 2021-11-29

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Sonra “Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Mirvari Məmmədova hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Böyük Qafqazın cənub-şərq və şimal-şərq hissəsi torpaqlarının münbitlik göstəricilərinin tədqiqi və aqrosenozlarda gübrələmə sisteminin səmərəliliyi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.f.d. Qoşqar Məmmədov, a.e.f.d. Xuraman Zeynalova, a.e.f.d. Yeganə Manafova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

Daha sonra İnstitutun “Üzvi gübrələr” laboratoriyasının müdiri a.e.f.d. Sevda Talıbova 2021-ci il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Müxtəlif aqrosenozlarda üzvi gübrələrin torpaqda çevrilməsinin xüsusiyyətləri və aqroekoloji əhəmiyyəti” mövzusuna 9 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın əməkdaşları a.e.f.d. Səfaləddin İsmayılov, a.e.f.d.Kamalə Dəmirova, a.e.f.d. Elmira Vəkilova, a.e.f.d. Elba Rüstəmova gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıblar. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki laboratoriyanın 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.