• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqların meliorasiyası, Mikroelementlər və mikrogübrələr və Torpaq örtüyünün strukturası laboratoriyaları 2021-ci il üzrə yekun hesabatınlarını təqdim ediblər

  • 2021-12-03

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun icraçı direktoru t.e.d Yasin Rüstəmovun sədrliyi ilə davam edən iclasda “Torpaqların meliorasiyası” laboratoriyası 2021-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.d. Mustafa Mustafayev hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Respublikada müxtəlif dərəcədə şorlaşmış və şorakətləşmiş torpaqların meliorasiyasında yeni texnologiyaların işlənməsi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib.Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri sualları cavablandırıb.

Sonra İnstitutun “Mikroelementlər və mikrogübrələr” laboratoriyasının müdiri a.e.f.d. Əminə Axundova 2021-ci il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Respublikanın müxtəlif landşaft tiplərinə aid komponentlərində mikroelementlərin tədqiqi və mikrogübrələrin tətbiqinin səmərəliliyi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşı a.e.f.d Tamara Abbasova gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıb.

Növbəti olaraq “Torpaq örtüyünün strukturası” laboratoriyasının 2021-ci il üzrə yekun hesabatı dinlənilib. Laboratoriyanın elmi işçisi a.e.f.d.Elton Məmmədov hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Azərbaycanın müxtəlif landşaft zonalarında relyef-torpaq əlaqələrinin torpaq xassələrinə və torpaq örtüyü strukturlarına təsirinin müasir metodlarla (relyefin plastikası, məsafədən zondlama, GİS) tədqiqi və etalon ərazilər əsasında modelləşdirilməsi” mövzusuna 5 işin daxil olduğunu qeyd edib. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda üç laboratoriyanın 2021-ci il üzrə illik hesabatı səsə qoyularaq yekdiliklə qəbul edildi.