• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Beynəlxalq Miqrasiya Təşkilatının elmi praktiki konfransında iştirak edib

  • 2021-12-03

Dekabrın 3-ü Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” layihəsinin yekunları ilə bağlı elmi praktiki konfrans keçirilib. Konfranda elm adamları və dövlət strukturlarının mütəxəssisləri iştirak ediblər. Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev çıxış edərək Azərbaycan kəhrizləri, onların mahiyyəti, tarixi əhəmiyyəti haqqında geniş məlumat verib. Alim Naxçıvan Muxtar Respublikasında, eyni zamandan respublikanın digər regionlarında mövcud olmuş kəhrizlərin xəritəşdirilməsi, onların yenidən bərpası işlərinin ötən əsrin 90-ci illərindən sonra özünün iştirakı ilə aparıldığını qeyd edərək bu istiqamətdə hazırlanmış “Azərbaycan kəhrizləri” kitabını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfransda Azərbaycanın Ağdam rayonu ərazisində olan qədim kəhrizlərin bərpası, istifadəsi, eyni zamanda ölkəmizdə qədimdən formalaşmış kəhrizlərin bərpasında olan problemlər vurğulanmışdır.