Dekabrın 14-ü AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda YAP-ın ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP-ın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda ərazi partiya təşkilatının sədri, b.ü.f.d. dosent Zaman Məmmədov və İnstitutun ilk Ərazi partiya təşkilatının üzvləri iştirak ediblər. İclasın əvvəlində Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açaraq ərazimizin bütövlüyü uğrunda gedən döyüşlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əldə etdiyi qələbələrdən, xalqımızın yenilməzliyindən danışıb.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı aparıcı rolundan, partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan YAP yarandığı gündən fəaliyyətini Azərbaycan dövlətinin möhkəmlənməsinə və qüdrətlənməsinə yönəltmişdir.
Hesabat üçün söz AMEA TAİ üzrə YAP-ın sədri b.ü.f.d Zaman Məmmədova verilib. O, VI qurultaydan sonraki dövr üçün görülmüş işlər haqqında məruzə ilə çıxış edib. Hesabat dövründə AMEA TAİ-nin YAP üzvlərinin müxtəlif seçki proseslərində fəal iştirakından, II Qarabağ müharibəsi dövründə Yap üzvlərinin xüsusi fəallığı və pandemiya şəraitində keçirilən əlamətdar günlərlə bağlı tədbirlər haqqında məlumat verib.
Hesabat ərazi partiya təşkilatının üzvləri tərəfindən geniş müzakirə edilmiş, a.e.d Mustafa Mustafayev, a.e.ü.f.d Əli Cəfərov çıxış edərək hesabatı yüksək qiymətləndirmiş və hesabat yekdilliklə qəbul edilmişdir.
Sonra AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda YAP-ın ilk Ərazi partiya təşkilatının sədri və müavini vəzifəsinə seçki keçirilmişdir. Seçki nəticəsində b.ü.f.d. dosent Zaman Məmmədov, elmi işçi Fərid Mustafayev sədr müavini vəzifəsinə isə seçilib. Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ərazi partiya təşkilatlarının işlərində onlara uğurlar arzulayıb.