• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan sessiyasında doktorant və dissertantların minimum imtahanı keçirilir

  • 2021-12-22

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qış imtahan  sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların minimum imtahanları keçirilir.  Dekabrın 22-i “Aqrokimya” ixtisası üzrə keçirilən imtahanda  dissertant  Pərvin Süleymanov iştirak edib. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin doktorantura sektorunun müdiri Tubuxanım Qasımzadə, İnstitutun Təhsil şöbəsinin müdiri c.e.f.d. Fərrux Xəlilov, imtahan komissiyasının sədri a.e.d. Məmməd Məmmədov və komissiya üzvləri imtahanın gedişatını yaxından izləyiblər. Komissiyanın təqdim etdiyi nəticələrə görə, iştirakçı imtahandan 4 (yaxşı)  qiymət alıb.