• Çərşənbə axşamı, Aprel 23, 2024
  • Bakı, 14.0°C

Azərbaycanlı alim Beynəlxalq Akademiyanın həqiqi üzvü seçildi

  • 2021-06-23

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq CİS laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Akademik (həqiqi) üzvü seçilmiş və Qızıl Ulduz Medalı ilə təltif olunmuşdur. Diplomu və Qızıl Ulduz Medalını həmin akademiyanın Azərbaycan təmsilçisi, texnika və filologiya elmləri doktoru, Prezident təqaüdçüsü, Əməkdar Müəllim, Fəxri Mədəniyyət işçisi Elçin İsgəndərzadə təqdim etmişdir.