• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutda Qadınlar Şurası və Həmkarlar İttifaqı Komitəsinin birgə iclası keçirilib

  • 2022-01-21

      Yanvarın 21-i AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Qadınlar Şurasının və Həmkarlar İttifaqı Komitəsinin birgə iclası keçirilib. İclasda İnstitutun icraçı direktoru t.e.d. Yasin Rüstəmov, Həmkarlar İttifaqı Komitəsinin sədri a.e.d Məmməd Məmmədov, Qadınlar Şurasının sədri a.e.ü.f.d Əminə Axunova, büro üzvləri və qadın əməkdaşlar iştirak ediblər. İclasda 11 Yanvar tarixində “XeberFakt.az”, 18 yanvar “Təzadlar.az” informasiya portallarında İnstitutut rəhbərliyinin və bəzi işçilərinin haqqında böhtan xarakterli dərc olunan məqalənin anonim müəlliflərinin kimliyi ətrafında geniş müzakirələr aparılıb. İclasın keçirilməsində əsas məqsəd 11 Yanvar tarixində “XeberFakt.az” informasiya portalında İnstitutun icraçı direktoru t.e.d. Yasin Rüstəmov haqqında “İclaslarda Rüstəmov da hər kəsin sözünü kəsir, yeri gəldikdə qışqırır, özünəməxsus tərzdə hərəkətlər edir, qadınlarla kobud davranır” ifadəsininin müzakirəsi olub. İclası giriş sözü ilə İnstitutun icraçı direktoru t.e.d. Yasin Rüstəmov açıb və saxta məqalədə ona qarşı yazılan qərəzli fikirlərə öz münasibətini bildirib. Daha sonra çıxış edən Qadınlar Şurasının sədri a.e.ü.f.d Əminə Axunova yazılan məqalədəki ittihamlara kəskin şəkildə münasibətini bildirib. O,Yasin Rüstəmovun yazılanların əksinə olduqca mədəni ,humanist, tolerant insan olduğunu vurğulayıb. Çıxış edən institut əməkdaşları professor Sara Məmmədova, a.e.ü.f.d Sevda Talıbova,a.e.ü.f.d. Mirvari Məmmədova və digərləri böhtan xarakterli yazıları tənqid edib və Yasin Rüstəmova qarşı yazılan bu ittihamın haqsız olduğunu qeyd ediblər. Tədbir də çıxış edən institutun qadın əməkdaşları yekdilliklə Yasin Rüstəmovun heç bir zaman kobud davranışlarına rast gəlmədiklərini , əksinə hər zaman humanist mövqeyini, İnstitutdakı sağlam mühitin formalaşmasında rolunu qeyd ediblər. Tədbirdə İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri a.e.d Məmməd Məmmədov saxta məqalənin müəlliflərinin hüquq mühafizə orqanları tərəfindən tapılıb qanuna uyğun məsuliyyətə cəlb ediləcəyini qeyd edib.