• Cümə, Aprel 19, 2024
  • Bakı, 20.0°C

Bakı Dövlət Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər

  • 2022-02-21

       AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Bakı Dövlət Universiteti ilə uzunmüddətli əməkdaşlığını davam etdirməkdədir. BDU-nun Ekologiya və Torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya”, “Yerquruluşu, torpaq və şəhər kadastrı” ixtisasları üzrə təhsil alan IV və V kurs tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələrə universitetdə əldə etdikləri nəzəri  bilikləri elmi tədqiqatlarla əlaqələndirmək üçün hər cür şərait yaradılıb. Xüsusi karantin rejiminin tələblərinə riayət etməklə tələbələr institutun müvafiq laboratoriyalarında həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. Onlar  ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin gedişatı ilə, müxtəlif cihazların iş prinsipləri ilə tanış olur, analitik işlərdə iştirak edirlər. Martın 29-dək davam edəcək təcrübə prosesi tələbələrdə tədqiqatçılıq üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılmasında mühüm rol oynayacaqdır.