• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Ağdam şəhərinin içməli su təchizatının bərpası məqsədilə aparılan müzakirələrdə iştirak edib.

  • 2022-02-28

 Fevralın 24-ü  Azərsu ASC-nin  tərkibində “Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində ağıllı su sistemlərinin (içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması) məqsədi ilə yaradılmış dövlət komissiyasının  Ağdam şəhərində müzakirəsi keçirilmişdir. Tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev də iştirak edib.

    İclasda Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi şəbəkələrinin yaradılması, bu sahədə ağıllı və innovativ texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

    Tədbirdə Ağdam şəhərinin yeni layihəsinin müzakirəsi,  şəhərin  içməli su təchizatının bərpası məqsədilə görüləcək işlər barədə məlumat verilmişdir. Ağdam şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılması  və yeraltı su mənbələri hesabına şəhərə suyun davamlı verilməsi üçün 2 kəşfiyyat quyusunun qazılaraq alınan  sudan hələlik suvarmada istifadə edilməsi qeyd olunmuşdur. 

   Tədbirdə işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura idarəsinin və s. məsul işçiləri iştirak edərək  gələcək Ağdam şəhərinin ölkənin ən gözəl  şəhərlərindən birinə  çevrilməsinə az vaxt qaldığını bildirmişdilər.  Beləliklə Ağdamda görülən quruculuq işləri ilə tanış olan komissiya  üzvləri böyük sevinc və qürur hissi ilə  geri qayıtmışdılar.