• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

 

AMEA-nın Torpaqşünasliq Və Aqrokimya İnstitutunun strukturunda qismən dəyişiklik haqqinda

Azərbaycan Milli Elmlər Akademiyasinin Rəyasət Heyətinin 03 Oktyabr 2018-ci il №14/9 Qərarına əsasən

“Torpaq ekologiyası” beynəlxalq laboratoriyası yaradılmışdır.

Laboratoriyasının kadır potensialı: 13 nəfər, (3 biologiya üzrə fəlsədə doktoru, 2 aqrar üzrə fəlsədə doktoru)

Aparıcı elmi işçi – 3;  Böyük elmi işçi – 2; Elmi işçi – 6;   Baş laborant – 1

 Laboratoriya müdiri – b.ü.f.d. dosent Zaman Rəşid oğlu Məmmədov

zamanmammadov81@gmail.com,

Тел: (994 12) 539 97 16

 

 

   “Torpaqların ekologiyası” nəzəriyyəsinin əsas müəllifi akademik V.R.Volobuyev (1963) sayılsa da, bu elmi təlimin elmi-nəzəri əsasları V.V.Dokuçayevin (1949) torpaqların genezisi, torpaqəmələgətirən amillər və təbii zonalar haqqında nəzəriyyəsi ilə bilavasitə bağlıdır. “Torpaq ekologiyası” termininin elmə gətirilməsi və bu anlayışın elmi-nəzəri cəhətdən əsaslandırılması akademik V.R.Volobuyevin (1963) nəzəri tədqiqatları ilə bağlıdır.

   “Torpaqların ekologiyası” nəzəriyyəsinin əsas müəllifi akademik V.R.Volobuyev (1963) sayılsa da, bu elmi təlimin elmi-nəzəri əsasları V.V.Dokuçayevin (1949) torpaqların genezisi, torpaqəmələgətirən amillər və təbii zonalar haqqında nəzəriyyəsi ilə bilavasitə bağlıdır.

  Torpaqların ekoloji qiymətləndirilməsinin elmi-nəzəri və metodoloji əsasları XX əsrin 90-cı illərinin əvvəllərindən respublikamızda akademik Q.Ş.Məmmədov tərəfindən işlənməyə başlanılmışdır.

    Akademik Q.Ş.Məmmədovun rəhbərliyi ilə Torpaq, Torpaqların ekoloji qiymətləndirilmə xəritələri (1:600000), Azərbaycanın torpaq və ekoloji atlasları (azərbaycan, rus və ingilis dillərində) tərtib edilmişdir. İlk dəfə olaraq müasir coğrafi informasiya sistemləri (CİS) proqram təminatı əsasında Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən, məkan məlumatlarından istifadəyə əsaslanan elektron kənd təsərrüfatı və digər dövlət informasiya sistemlərinin tələb etdiyi müxtəlif miqyas spektrini, həmçinin  interaktiv yenilənmə rejimini dəstəkləyən  elektron xəritə platforması yaradılmış, torpaq, aqrokimyəvi, habelə multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qitmətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası işlənmişdir.

   “Torpaq ekologiyası” beynəlxalq laboratoriyası torpaq və ekoloji sahəsində tədqiqat işlərinin aparılması, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərin əldə etdikləri nəaliyyətlərin öyrənilməsi və elmi texniki əməkdaşlığın genişləndirilməsi, bu sahədə kadr potensialının artırılması və xaricdə elm fəaliyyət göstərən azərbaycanlı və xarici alimlərlə əməkdaşlığın gücləndirilməsini   əsas məqsədhesab edir.

   “Torpaq ekologiyası” beynəlxalq laboratoriyası çox geniş məsələləri özündə birləşdirir. Bunlara: qlobal istiləşmə və səhralaşma fonunda torpaq ekoloji mühitinin tədqiqi, aqroekoloji tədqiqat, bu və ya digər torpaqlardan səmərəli üsullarla istifadəsi, Torpaqların ekoloji monitorinqi və bu əsasında münbitlik parametrlərinin optimallaşdırılması,  müxtəlif snozların təbii vəziyyətinin saxlanılması və məhsuldarlığının artırılması yolları işlənilməsi, bitkilər və müvafiq əkin dövriyyəsi üçün torpaqların seçimi; optimal bioloji məhsuldarlığın təmini üçün torpaqların münbitliyinin yüksəldilməsi və onun kifayət qədər yüksək səviyyədə saxlanılması yolları; torpaqların çirklənməsindən və deqradasiya proseslərindən mühafizəsi yolları və metodlarının seçilməsi; torpaq proseslərinin və optimal vəziyyətdə saxlanılması üçün rejimlərin daim idarəsi; və s. məsələlərin həllini və bu istiqamətdə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

   Laboratoriyada 6 Mühüm nəticə yerinə yetrilmişdir.