• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

 

Laboratoriya  rəhbəri

aqrar elmləri doktoru, dosent

Mustafayev Mustafa Qılman oğlu

Tel: (99412) 538-69-97

 E-mail: meliorasiya58@mail.ru

 

    Laboratoriya 1949-cu ildə SSRİ EA-nın müxbir üzvi, Azərbaycan EA-nın həqiqi üzvi V.R.Volobuyevin rəhbərliyi ilə yaradılmış, və Kür-Araz ovalığında torpaqlarda duzların genetik formaları, meliorativ rayonlaşma, şorlaşmış torpaqlarda meliorasiya üsullarının işlənib hazırlanması, su-duz balansı, duzların dərin qatlarda yayılma qanunauyğunluqları, meliorasiya olunmuş torpaqlarda yuma prosesləri, yuma normaları və suvarma rejimlərinin müəyyənləşdirilməsi, duzların miqdarı və tipinə əsasən yeni duzluluq təsnifatı, torpaq mühiti ilə natrium ionu arasında əlaqə, su-duz rejimi və proqnozu məsələləri öyrənilmişdir. V.R.Volobuyevin rəhbərliyi ilə torpaqların ekologiyası, torpaqəmələgəlmə energetikası, şorlaşmanın genetik formalarının səciyyəsi və bir sıra digər sahələrində geniş tədqiqatlar aparılmış və nəticələr «Torpaq və iqlim » (1953); «Torpaq ekologiyası» (1963);«Kür-Araz düzənliyi torpaqlarının şorlaşmasının genetik formaları» (1965) və bir sıra kitablarda öz əksin tapmışdır. İlk dəfə 1980-cı illərdə Kür-Araz ovalığının 1:200000 miqyasında torpaqların duzluluq xəritəsi (Ak.V.R.Volobuyev, Əzizov, Qədimov), Baş Mil-Muğan kollektorunun layihəsini tərtib etmək üçün Mingəçevir su anbarının başlanğıcından Xəzər dənizinə kimi Kür çayının sağ tərəfindəki ərazinin torpaqlarının duzluluğu, karbonatlığı, gipsliliyi nəzərə alınaraq 1:200000 miqyasında xəritələri Dövlət Layihə komissiyası və SSRİ Su Təsərrüfatı Nazirliyi tərəfindən yüksək qiymətləndirililmiş və geniş istifadəsini tapmışdır. Çoxillik tədqiqatların nəticələri əsasında «Azərbaycanın şorlaşmış torpaqları, onların meliorasiyası və münbitliyinin artırılması» (1999, Əzizov,Quliyev), «Azərbaycanda suvarmanın tarixi» (2001, Əzizov, Həsənəliyev), «Azərbaycanın şorlaşmış torpaqlarının duzluluq dərəcəsi və tipinə görə təsnifatı» (2002, Əzizov), «Kür-Araz ovalığının meliorasiya olunan torpaq-qruntlarının su-duz balansı və onun nəticələrinin elmi təhlili»(2006, Əzizov) kitabları nəşr edilmişdir. Bakı-Tibilisi-Ceyhan neft boru kəməri boyunca kompleks tədqiqatlar aparılmış, nəticələr azərbaycan və ingilis dillərində monoqrafiya şəklində çap olunmuşdur (2009-cu və 2014-ci ildə). 2007-2010-cu illərdə Muğan Salyan massivində, 2011-2013-cü illərdə isə Şirvan düzündə «Torpaq tədqiqatları» ekspedisiyası təşkil olunmuş, tədqiqatların nəticələri əsasında M.Q.Mustafayev tərəfindən 1:200000 miqyasında torpaqların duzluluq və deqradasiya xəritələri tərtib olunmuşdur. Laboratoriyanın əməkdaşları tərəfindən 2010-2013-cü illərdə Şirvan düzündə xam, suvarılan boz-çəmən,suvarılan çəmən -boz və suvarılan zəif şorlaşmış çəmən-boz torpaqlardan monolit götürülmüşdur (M.Mustafayev, F.Mustafayev). Muğan-Salyan massivində tədqiqatların nəticələri əsasında «Muğan Salyan massivində şorlaşmış torpaqların meliorativ vəziyyəti» adlı monoqrafiya (rus dilində) nəşr edilmişdir (Mustafayev M.Q., 2014). Azərbaycanın və onun müxtəlif bölgələrinin geomorfologiyasını, relyefinin plastikasını, torpaq-meliorativ rayonlaşdırılmasını, torpaqlarının duzluluğunu və tərkibini xarakterizə edən 40-dan çox müxtəlif miqyaslı xəritələr tərtib edilmişdir.Ümumilikdə, laboratoriyanın əməkdaşları tərəfindən 14 monoqrafiya ( o cumlədən 3 monoqrafiya MDB alimləri ilə həmmüəllif), çap olunmuş, 1 beynəlxalq patent, respublikada 2 qrant lahiyəsi, xaricdə (Qazaxıstan) 1 beynəlxalq qrantın içracılarından olmuşlar.

    Rusiya, Belorusiya və digər MDB-ölkələrinin alimlərinin iştirakı ilə «Çirklənmiş torpaqların rekultivasiyası» adlı dərs vəsaiti nəşr edilmiş və hazırda elm, təhsil, layihə işlərində geniş istifadə olunur (həmmüəlliflər-Mustafayev M.Q, Cəbrayılova G.Q, 2012, Rusiya, Ryazan).

    Laboratoriyanın əsas istiqamətləri:

    Torpaqların duzluluq dərəcəsi və tipinə görə təsnifatı,əsaslı meliorasiya üçün yuma normalarının,qrunt sularının böhran (kritik) və buraxıla bilən dərinliyinin təyini,su-duz rejiminin proqnozu, nizamlanması və optimallaşdırılması,bitkilərin torpaqların duzluluq dərəcəsi və tipindən asılı olaraq yerləşdirilməsi, onların məhsuldarığa təsirinin riyazi asıllıqlarla müəyyən edilməsi, riyazi modellərin işlənib hazırlanması, torpaqların meliorativ vəziyyətinin meyarlarla qiymətləndirilməsi, şorlaşma xəritələrininn tərtib edilməsi, coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə aid metodik göstərişin tərtibi, kompleks meliorativ tədbirlər sisteminin işlənib hazırlanması.

    Laboratoriyada 13 nəfər əməkdaş, o cümlədən 1 elmlər doktoru, 5 fəlsəfə doktoru, 6  elmi işçi və 1 mühəndis fəaliyyət göstərir.