• Bazar ertəsi, May 20, 2024
  • Bakı, 21.0°C

  Şöbənin  rəhbəri:  c.ü.f.d. dos., Xəlilov Fərrux Cəlal oğlu  

Elektron poçtu:  tai.tehsil@mail.ru

Tel: (012) 537-07-10 

                                                              İşçilərin ümumi sayı: 3

 

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Təhsil şöbəsi 2017-ci ildə təsis edilərək formalaşdırılmışdır.

-elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə  doktorantların, dissertantların və magistrlərin fəaliyyətinin AMEA  Rəyasət Heyətinin Elm və Təhsil şöbəsi ilə əlaqələndirilməsini təmin edir, institutun digər ali təhsil müəssisələri ilə əlaqəsini təşkil edir;

 

-elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə  doktorantların, dissertantların attestasiya olunmaları, doktoranturaya qəbul imtahanların və doktorluq imtahanların, magistr dissertasiyalarının müdafiə olunması üzrə müvafiq komissiyaların yaradılması;

 

-doktorant və dissertantların sənədlərinin qəbulu, ixtisas fənni üzrə qəbul imtahanları və doktorluq imtahanlarının verilməsi işinin təşkili;

 

 - magistratura, doktorantura və dissertantlıq yolu ilə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, onların elmi fəaliyyətinin və attestasiya nəticələrinin təhlilini  həyata keçirir;

 

- imtahan sessiyalarının təşkilini, test tapşırıqlarının hazırlanmasını, test bankının yaradılmasını, proqram təminatının təşkilini təmin edir, imtahan sessiyalarında imtahan verən doktorant, dissertant və magistrlərın imtahan nəticələrinin təhlilini aparır;

 

 - magistrlərin tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə iştirakını, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təşkil edir;

 

 - monitorinqləri aparır  və hesabatlar  hazırlayır, nüfuzlu elmi jurnal və məcmuələrdə doktorantların elmi tədqiqatlarının nəticələrinin çap olunmasına dəstək olur və tövsiyələr verir.

 

Kadr Potensialı

 

Baş mütəxəssis - Məmmədova Bahar Dağıstan qızı 

 

Baş mütəxəssis - Əbilova Səidə Şirvan qızı