• Bazar, Dekabr 22, 2024
  • Bakı, 9.0°C
Yaranma tarixi
Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V.R.Smirnov-Loqinov, akad.S .M.Hüseynov, V.R.Volobuyev, EA-nın müxbir üzvü M.M.Salayev,akademik  Q.Ş.Məmmədov. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad. H.Ə.Əliyev – torpaqların coğrafiyası, ekologiyası; V.R.Volobuyev – torpaqların meliorasiyası və energetikası; C.M.Hüseynov- aqrokimya; M.M.Salayev – torpaqların genezisi, diaqnostikası; Akademik Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər – torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir. Akademik  M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesinin elmi-nəzəri əsasları işlənilmişdir.
Əsas fəaliyyət istiqamətləri 
– Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası;
– Torpaq proseslərinin idarə olunmasının elmi əsasları;
– Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və respublikada keçirilən torpaq islahatının elmi təhlili;
– Respublikada neftlə və texnogen çirklənmiş torpaqların rekultivasiya üsullarının işlənib hazırlanması
– Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bər­pasının ekoloji və aqrokimyəvi əsasları;
– Aqrokimyanın ekoloji problemləri;
– Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi;
– Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili vəAzərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi;
– Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məh­suldarlığı arasında əlaqənin tədqiqi.
– Torpaq    proseslərinin   idarə   olunmasının elmi əsasları;
– Torpaqların eroziyadan mühafizəsi, pozulmuş torpaqların münbitliyinin bərpası və torpaqların səmərəli istifadəsinin elmi əsasları;
– Suvarmada suya qənayət edən texniki sistemlərin yaradılması, istehsalatda tətbiqi, elmi-tədqiqat, təcrübi konstruktor, layihə- axtarış, texnoloji sınaq işlərinin həyata keçirilməsi;
– Eroziyanın və onun inkişaf etmə intensivliyinin öyrənilməsi əsasında hərbir torpaq-bitki  sistemi üçün elmi cəhətdən əsaslandırılmış torpaqdan istifadə təlimatlarının işlənməsi;
Əsas elmi nəticələr
Azərbaycanın Ceyrançöl və Qobustan massivi təbii senozlarında torpaqların ekoloji qiymətləndirilməsi aparılmış və 1:100 000 miqyasında  xəritə-sxemi hazırlanmışdır.

Relyefin plastikası və kompüter texnologiyası əsasında Abşeronda  müəyyənləşdirilmiş 7 tip üzrə  torpaq örtüyü strukturlarının ekoloji qiymətləndirmə  xəritəsi  (Miqyas 1:100000) hazırlanmışdır (akad. Q.Ş.Məmmədov, V.H.Həsənov).

Lənkəran torpaqlarında aparılmış çoxillik fundamental tədqiqatlar nəticəsində torpaqların ekoloji qiymətləndiril­məsinin yeni konsepsiyası irəli sürülmüş, torpaqların aqroekoloji əsasda bonitirovkasının aparılmasının yeni yanaşma üsulları əsaslandırılmış, münbitlik göstəriciləri üzərində ekoloji monitorinqin  təşkili proqramı işlənilmişdir. Respublikada  ilk dəfə olaraq  “Azərbaycanın Torpaq Atlası”  hazırlanıb çap olunmuşdur. (akad.Q.Ş.Məmmədov və baş.)

Azərbaycanda torpaq  ehtiyatlarından səmərəli istifadənin sosial iqtisadi və ekoloji əsasları işlənilmişdir. Torpaq-kadastr rayonları üzrə torpaqların bonitirovkasının metodiki əsasları və torpaqların ekoloji münbitlik modeli parametrlərinin  təkmilləşdirilməsi və dəqiqləşdirilməsi aparılmışdır.

“Azərbaycan Respublikasının Ekoloji Atlası”  üç dildə, Azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir. Xüsusi tematik məzmununun 11 bölmədən ibarət  olmaqla Atlasda 1:500000 miqyasında 110-dan artıq xəritə verilmişdir (akad. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova, 2009) Azərbaycanın aqroekoloji problemlərinin elmi-nəzəri və metodoloji aspektləri  araşdırılmışdır.

Ekoloji – energetik qiymətləndirmə əsasında qış otlaq torpaqlarının yaxşılaşdırılması və müqayisəli qiymətləndiril­məsi aparılmışdır. Energetik və mikroelement göstəriciləri ekoloji şkalalar  üzrə nəzərə alınaraq  yarımsəhra landşaft kom­plekslərinin bonitet balı müəyyənləşdiril­mişdir (akad. Q.Ş.Məmmədov, S.Z.Məmmədova, A.B.Cəfərov, A.F.Həsənova).

Torpaq münbitliyinin yüksəldilməsi, bitkilərin qida  mad- dələri balansının və rejiminin idarə olunmasının ekoloji əsasları, regional gübrələmə  sisteminin və torpaqların  ağır metallarla çirklənmə səviyyəsi müəyyənləşdirilmişdir.

Qış otlaq torpaqlarınını və landşaft komplekslərinin bitki heyvan tələbatı nəzərə alınaraq differensial səviyyədə ekoloji-energetik qiymətləndirilməsi müəyyən edilmişdir.

Azərbaycan çay vadilərinin allüvial-hidromorf torpaqlarının morfogenetik diaqnostikası,təsnifatı müəyyən edilmiş və xəritələşdirilmişdir.

Respublikada üzvi tullantıların vermikompostlaşdırılması ( Eisenia Foetida soxulcanları vasitəsi ilə işlənməsi) nəticəsində yeni üzvi-mineral gübrə alınmış və onun müxtəlif aqrosenizlarda ( tərəvəz,taxıl,yem bitkiləri altında ) mineral gübrələr fonunda səmərəli norma və verilmə üsulları işlənib hazırlanmışdır.

Torpaqların ekoloji monitorinqi əsasında münbitlik parametrlərinin optimallaşdırılması ,snozların təbii vəziyyətinin saxlanılması və məhsuldarlığının artırılması yolları işlənilmişdir.

İlk dəfə olaraq Azərbaycanın “Torpaq üzvi karbon xəritəsi” hazırlanmış və müvafiq dünya xəritəsinə inteqrasiya edilmişdir.