• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda Elmi Şuranın növbəti iclası keçirilib

  • 2022-04-12

          AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda  Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranın iclasını giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü,  professor Əlövsət Quliyev açaraq Elmi Şuranın gündəliyində olan məsələlərlə Şura üzvlərinin  tanış etmişdir. Elmi Şurada  İnstitutun icraçı direktoru, t.e.d Yasin Rüstəmov ilk məsələ olaraq AMEA Rəyasət Heyətinin “AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi haqqında”  8/2 saylı qərarını şura üzvlərinin nəzərinə çatdırmışdır. Daha sonra Torpaq biologiyası laboratoriyasının dissertantı Afaq Rzayevanın dissertanturadan imtina etməsi barədə ərizə ilə müraciətinə baxılıb və dissertantın imtinası təsdiq edilmişdir. Növbəti məsələ olaraq İnsitututun əməkdaşlarının 2022-ci il üçün  fərdi iş planları təsdiq edilmişdir.

 Sonda Ali Attestasiya Komissiyasının istifadə etdiyi plagiat proqramı və cari məsələlər   müzakirə edilmişdir.

Gündəlikdəki məsələlərə dair çıxışlar, təkliflər dinlənilmiş, suallar cavablandırılmışdır və  gündəlikdəki müzakirə olunan məsələlərə dair qərarlar qəbul edilmişdir.

Sonra Elmi Şuranın gündəliyində olan 2021-ci ildə elmlər doktoru hazırlığı üzrə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda dissertanturaya qəbul olunmuş dissertantların mövzu və elmi məsləhətçilərinin  təsdiqi edilməsi, Elmi Kadrlar Milli İnformasiya Sisteminin istifadəçiləri üçün təlimat haqqında məlumat İclasda gündəlikdəki məsələlərə dair çıxışlar, təkliflər dinlənildi və suallar cavablandırıldı. Sonda gündəlikdəki müzakirə olunan məsələlərə dair qərarlar qəbul edildi.