• Bazar, Noyabr 27, 2022
  • Bakı, 13.0°C

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Belarusiya Dövlət Kənd Təsərrüfatı Akademiyası arasında birgə elmi əməkdaşlıq müqaviləsi imzalanıb

  • 2022-05-18

    Mayın 18-i Belarusiya Dövlət  Kənd Təsərrüfatı Akademiyasının rektoru, Velikanov Vitaliy Viktoroviç  AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qonağı olub. Rektor İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüb. Görüşdə qonağa institutda görülən işlər barədə məlumat verilərək, akademiya ilə elmi əlaqələrin gücləndirilməsi, kompleks tədqiqatların aparılması, beynəlxalq elmi  proqramlar və qrant layihələrdə iştirakın vacibliyi qeyd edilib. Həmçinin tərəflər iki müəssisə arasında təcrübə mübadiləsi, elmi kadrların hazırlanması, birgə seminarların, konfransların,  torpaqşünaslıq və aqrokimya sahəsində elmi biliklərin və nailiyyətlərin populyarlaşdırılması və təbliği üzrə tədbirlər, görüşlərin təşkilini nəzərdə tutan elmi əməkdaşlıq müqaviləsi imzalayıblar.

   Görüşdə Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.d Mustafa Mustafayev və HT sədri a.e.d  Məmməd Məmmədov da iştirak edib. Daha sonra rektor AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bəzi laboratoriyaları, Torpaq muzeyi və kitabxanası ilə tanış olub.