İyunun 6-sı “Aqribioekotex” Məhdud Məsuliyyətli Cəmiyyəti "Fruktuz MMC" şirkəti ilə birlikdə Saatlı rayonunda "Torpaqların münbitliyinin artırılması, deqradasiyaya və eroziyaya uğramasının qarşısının alınması" mövzusunda fermerlərin maarifləndirilməsi məqsədilə tədbir keçirib. "Üzvi və üzvi mineral gübrələr, torpaq mikroorganizmləri, bioloji və mikrobioloji gübrə hesab edilən biohumusun tarla sınağı təcrübəsinin yekunlarına dair tədbirdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev də iştirak edib. Ə.Quliyev fermerlər qarşısında çıxış edərək, ölkədə gedən quruculuq işləri və kənd təsərrüfatı sahəsində elmi yenilikləri tətbiqinin nə qədər əhəmiyyətli olması barədə geniş məruzə etmişdir.
Sonra sınaq işləri aparılan torpaq sahələrinə baxış keçirilmişdir. Tədbirdə Əlövsət Quliyevlə birlikdə İnstitutun Mineral gübrələr laboratoriyasının baş elmi işçisi, a.e.ü.f.d.,dosent Vüqar Cəfərov və baş aqromeliorator Mürsəl Məmmədov iştirak ediblər.