• Bazar ertəsi, Dekabr 30, 2024
  • Bakı, 5.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Saatlı rayonunda seçilmiş tədqiqat obyektində olublar

  • 2022-06-07

   AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya İnstitutları ilə bağlanmış müqaviləsinə əsasən İnstitutun əməkdaşları Saatlı rayonunun Azad kəndində seçilmiş tədqiqat obyektində görülən işlərin gedişini izləmişlər.

   İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, baş aqromeliorator Mürsəl Məmmədov və Mineral gübrələr laboratoriyasının baş elmi işçisi, a.e.ü.f.d., dosent Vüqar Cəfərov tədqiqat yerində yerli xammal əsasında hazırlanmış üzvi-mineral komplekslərin pambıq bitkisi altında tətbiq olunan təcrübə sahəsində vəziyyətlə tanış olmuşlar. Sahədə aparılmış aqrotexniki tədbirlərlə tanış olunmuş, fenoloji müşahidələr aparılmış və torpaq nümunələri götürülmüşdür. Eyni zamanda Saatlı rayonu Azad kənd ərazisində fermerlərlə görüş keçirilmiş, məruzəçi  professor Ə.Quliyev İnstitutda görülən işlər barədə fermerlərə geniş məlumatlar vermiş, gübrələr, onların tətbiqi, torpaq-bitki arasında münbitlik əlaqələrinin öyrənilməsi, sudan səmərəli  istifadə, ekoloji baxımdan ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirici söhbətlər aparmışdır.