• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

  • 2022-06-24

      AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları  26 oktyabr 2021-ci ildə yaradılmış “Kür çayının sağ sahili boyu Baş Mil Qarabağ, Baş Mil-Muğan Kollektorlarının və təsir zonasının kompleks tədqiqi” mövzusunda yaradılmış ekspedisiyanın davamı olaraq 21 iyun 2022-ci il tarixindən  ekspedesiyada iştirak edirlər. Ekspedisiya çərçivəsində  kollektorlarda su səviyyəsinin 3 metrdən az olan ərazilərdə torpaqların şorlaşmasının təsirini öyrənməklə bərabər, onlarda axan suların minerallaşması da  öyrənilməkdədir. Ekspedisiyanın məqsədi ölkədə su itkilərinin qarşısını almaqla sudan səmərəli istifadə üsulların tətbiqinin elmi əsasını işləməkdir.İyun ayının 22-si İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, baş menecer Ərşad Cəlilov, elmi katib a.ü.f.d Sultan Hüseynova, baş aqromeliorator Mürsəl Məmmədov ekspedisiyanın gedişini yoxlamaq məqsədi ilə həmin ərazilərdə olmuş, işlərin gedişini yaxından izləyərək, tədqiqat aparan alimlərlə görüşüblər. Onlar tədqiqatın gedişi ilə tanış olub və ekspedisiya  üzvlərinə  metodiki məsləhətlər veriblər.