• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

  • 2022-07-27

   AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları  26 oktyabr 2021-ci ildə yaradılmış “Kür çayının sağ sahili boyu Baş Mil Qarabağ, Baş Mil-Muğan Kollektorlarının və təsir zonasının kompleks tədqiqi” mövzusunda yaradılmış ekspedisiyanın davamı olaraq 19 iyul 2022-ci il tarixindən  ekspedesiyada iştirak edirlər. Ekspedisiyanın məqsədi ölkədə su itkilərinin qarşısını almaqla sudan səmərəli istifadə üsulların tətbiqinin elmi əsasını işləməkdir. Ekspedisiya çərçivəsində Baş Şirvan kollektorunun  Göyçay çayının altından borulu keçidlə keçən hissəsində kollektorda suyun sürəti və sərfi müəyyən edilərək həmin kollektorda suyun minerallığı və pH göstəricisi xüsusi cihazlarla ölçülüb. İnstitutun baş menecer Ərşad Cəlilov, elmi katib a.ü.f.d Sultan Hüseynova, baş aqromeliorator Mürsəl Məmmədov ekspedisiyanın gedişini yoxlamaq məqsədi ilə, iyulun  26-ı  Ucar rayonunda  olmuş, işlərin gedişini yaxından izləyərək, tədqiqat aparan alimlərlə görüşüblər.Onlar tədqiqatın gedişi ilə yaxından tanış olublar.