• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib

  • 2022-09-27

     Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar təşkilatının təşkilatçılığı ilə 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Ə.Quliyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz  tariximizin kədərli günlərini qürurlu günlərlə əvəz edib. Alim 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

    Çıxış edən İnstitutun Həmkarlar Təşkilatının sədri a.e.d Məmməd Məmmədov qeyd edib ki,  44 günlük haqq savaşımızda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ilk dəfə 2021-ci il 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

   Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimov bu günün önəmini vurğulayaraq həmin dövrdə xalq olaraq necə mübariz olduğumuzu bütün dünyaya sübut etdiyimizi qeyd edib. Hər birimiz bu zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq.

    Vətən müharibəsinin iştirakçısı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki Müdafiə qərargahının rəisi polkovnik-leytenant Ruslan Məhəmmədov döyüşlə bağlı xatirələrini bölüşüb.

   Anım tədbirində Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Tərlan Yelmarlı  “27 sentyabr anım günü”,  Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva “Vətən Müharibəsi Xatirələrdə”,  Arxeologiya, Etnoqrafiya və İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayeva “Zəfər tarixinin başlanğıcı” , Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Vüsalə İsaqova “Şəhidlik-Qəhrəmanlıq” mövzularında məruzə ilə çıxış ediblər. Həmçinin tədbirdə çıxış edən YAP-ın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda ərazi partiya təşkilatının sədri, b.ü.f.d., dosent Zaman Məmmədov və sədr müavini Fərid Mustafayev qeyd edib ki, məhz güclü dövlət siyasəti və  hərbçilərimizin qəhrəmanlığı sayəsində  öz tarixi torpaqlarımız düşmən tapdağından azad edilib.

   Allah şəhidlərimizə rəhmət eləsin!