• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

  • 2022-10-06

    

      06 oktyabr 2022-ci ildə  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranın iclasını giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü,  professor Əlövsət Quliyev açıb. Şura sədri Elmi Şuranın gündəliyində olan məsələlərlə iclas iştirakçılarını tanış edib. İclasda ilk məsələ olaraq Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi əsərlərinə həsr olunmuş  jurnalın nəşrinin müzakirəsi aparılıb. Jurnalın web saytının ilkin versiyası Şura üzvlərinə təqdim edilib.Həmçinin jurnalın baş redaktoru, məsul katibi  və hər bir elm sahəsi üzrə redaktorları açıq səsvermə ilə müəyyənləşdirildi.

   Növbəti məsələ olaraq iclasın gündəliyindəki Torpaqşünaslıq və Aqrokimya İnstitutun 2022-ci il üçün elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbulun nəticələri müzakirə edilib. Elmlər doktoru hazırlığı üzrə qəbul olmuş  dissertantların mövzuları ətrafında ətraflı elmi müzakirələr aparılıb.

   Sonra iclasın sədri Ə.Quliyev “Ekologiya” ixtisası üzrə dissertant Elman Yusifovun dissertasiya mövzusunun adının dəyişilməsini və elmi məsləhətçinin əlavə edilməsini təklif edib, bu istiqamətdə müzakirələr aparılıb.

  Həmçinin iclasda 5 dekabr 2022-ci il tarixində Dünya Torpaq Gününə həsr olunacaq konfransın təşkili məsələsi  müzakirə edilib. Iclasda təşkil olunacaq konfransın təşkilat komitəsi müəyyənləşdirilib. Qeyd edək ki, Dünya Torpaq Günü hər il 5 dekabr tarixində torpağın əhəmiyyətinə diqqət ayırmaq və torpaq ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir.

  Institutun elmi katibi a.e.ü.f.d. Sultan Hüseynova Torpaq ekologiyası beynəlxalq laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. Divanxan Rəşid oğlu Əhədovun “Torpaqşünaslıq” ixtisası üzrə və Mineral gübrələr laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. Nəcibə Zeynalabdin qızı Mirmösümovanın “Aqrokimya” ixtisası üzrə dosent elmi adı almaq üçün təqdim etdiyi sənədlər barədə məlumat verdi.Elmi Şuranın gizli səsverməsinin nəticəsi olaraq  dosent  elmi adı almaq üçün sənədlərin Ali Attestasiya Komisiyasına təqdim edilməsinə qərar verildi. İclasın sonunda cari məsələlər   müzakirə edildi və gündəlikdəki məsələlərə dair çıxışlar, təkliflər dinlənildi və suallar cavablandırıldı. Sonda gündəlikdəki müzakirə olunan məsələlərə dair qərarlar qəbul edildi.