17 oktyabr 2022-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranın iclasını giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Şura sədri Elmi Şuranın gündəliyində olan məsələlərlə iclas iştirakçılarını tanış edib. İclasda 2022-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qəbul olmuş fəlsəfə doktoru hazırlığı üzrə doktorantların mövzularının və elmi rəhbərlərinin təsdiqi məsələsi müzakirə edilib və təsdiq olunub.
Daha sonra İnstitutunun icraçı direktoru t.e.f.d Yasin Rüstəmovun Elmi Şuranın sədri və bəzi iclas üzvlərinə qarşı kobud və təhqiramiz hərəkətləri nəzərə alınaraq onun İnstitutun Elmi Şurasının tərkibindən çıxarılması məsələsi müzakirə olunub və açıq səsvermə yolu ilə yekdilliklə Şuranın tərkibindən çıxarılmasına dair qərar qəbul edilib.
İclasın sonunda gündəlikdəki müzakirə olunan məsələlərə dair qərarlar qəbul edildi.