• Cümə, Aprel 26, 2024
  • Bakı, 20.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Xəzər Universiteti arasında müqavilə imzalanıb

  • 2022-10-28

    26 Oktyabr Torpaqşünaslıq və Aqrokimya Institutunun baş direktoru,  AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Institutun elmi katibi a.e.ü.f.d.Sultan Hüseynova, Mikrobiologiya Institutunun baş direktoru, professor Pənah Hüseynov Xəzər Universitetinin qonağı olublar. Görüşdə Xəzər Universitetinin  təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, rektor dosent İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı və universitetin bir neçə fakültəsinin dekanı iştirak edib.

   Görüşdə müəssisələr arasında tərəfdaşlıq, pedaqoji, elmi-tədqiqat, akademik əlaqələrin gücləndirilməsi istiqamətində geniş  müzakirələr aparılmışdır. Sonda tərəflər   elmi-tədqiqat və pedaqoji sahələrdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalayıblar.

   Elm və təhsilin qarşılıqlı əlaqələrini özündə əks etdirən  müqavilədə əsas məqsəd institutun alim və mütəxəssisləri ilə universitetin alim, müəllim və tələbə heyəti arasında elmin və təhsilin təkmilləşdirilməsi, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsidir.