• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası, Torpaq fizikası və Üzvi gübrələr laboratoriyaları 2022-ci il üzrə yekun hesabatlarını təqdim ediblər

  • 2022-11-22

    Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda İnstitutun  “Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası” laboratoriyası 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriya müdiri Akademik Məhərrəm Babayev hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və  “Azərbaycan torpaqlarının taksonomik vahidlərinin innovativ metodlarla genetik  diaqnostikası və xəritələşdirilməsi (Torpaq coğrafi informasiya sistemləri və  Torpaq örtüyünün strukturu, Torpaq fizikası laboratoriyaları ilə kompleks mövzu)” mövzusuna 7 işin daxil olduğunu qeyd edib. Laboratoriyanın əməkdaşları c.ü.f.d. Fərrux Xəlilov, a.e.f.d. Türkan Həsənova,а.е.f.d. Aytən Məmmədova, a.e.d. Nailə Orucova, a.e.f.d. Rəna Mirzə-zadə  yekun elmi və təşkilati hesabat ilə çıxış edərək gördükləri işlər haqqında məruzə ediblər. Həmçinin “Torpaq örtüyünün strukturu” laboratoriyasının müdiri, a.e.d. Vilayət Həsənov çıxış edərək görülən  kompleks tədqiqat işi  barədə hesabatını təqdim edib. Təqdim olunan yekun hesabat şura üzvləri tərəfindən geniş müzakirə olundu.

   Sonra İnstitutun “Torpaq fizikası” laboratoriyasının müdiri a.e.f.d.Əli Cəfərov 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Salyan düzü torpaqlarının   müxtəlif kənd təsərrüfat bitkiləri altında aqrofiziki xassələrinin tədqiqi və müqayisəli   təhlili” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Laboratoriyanın əməkdaşları  a.e.f.d. Səməndər Köçərli, a.e.f.d. Elvira Məmmədova görülən işlər barədə ətraflı məlumat verdikdən sonra sualları cavablandırıb.

    Daha sonra İnstitutun “Üzvi gübrələr” laboratoriyasının müdiri a.e.f.d. Sevda Talıbova 2022-ci il üzrə yekun hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Müxtəlif aqrosenozlarda üzvi gübrələrin torpaqda çevrilməsinin xüsusiyyətləri və aqroekoloji əhəmiyyəti” mövzusuna 9 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın əməkdaşları a.e.f.d. Səfaləddin İsmayılov, a.e.f.d.Kəmalə Dəmirova, a.e.f.d. Elmira Vəkilova, a.e.f.d. Elba Rüstəmova gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıblar. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər üç laboratoriyanın 2022-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul edildi.