• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Mineral gübrələr, Mikroelementlər və mikrogübrələr və Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyaları 2022-ci il üzrə yekun hesabatlarını təqdim ediblər

  • 2022-11-23

      Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda “Mineral gübrələr” laboratoriyası 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.d. Məmməd Məmmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və AMEA Geologiya və Geofizika İnstitutu, M.N.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutları ilə  kompleks iş olan “Yerli xammal əsasında hazırlanmış üzvi-mineral komplekslərin balans hesablamaları əsasında mineral gübrələrlə birgə tətbiqinin aqrosenozlara təsiri” mövzusuna 3 işin, “Müxtəlif torpaq iqlim şəraitində qida elementlərinin balansı  və dövranı  əsasında mineral gübrələrin səmərəli tətbiqi” mövzusuna da 3 işin  daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.ü.f.d.Vüqar Cəfərov, a.e.ü.f.d. Hasil Bağırov, a.e.ü.f.d.Svetlana  Eyyubova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

      Sonra İnstitutun “Mikroelementlər və mikrogübrələr” laboratoriyasının müdiri a.e.ü.f.d. Əminə  Axundova 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Respublikanın müxtəlif landşaft tiplərinə aid komponentlərində mikroelementlərin tədqiqi və mikrogübrələrin tətbiqinin səmərəliliyi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları b.ü.f.d. Şəlalə Səlimova, a.e.ü.f.d Tamara  Abbasova gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıblar.

      Sonra “Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” laboratoriyası 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.ü.f.d. Mirvari Məmmədova  hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Böyük Qafqazın cənub-şərq və şimal-şərq hissəsi torpaqlarının münbitlik göstəricilərinin tədqiqi  və aqrosenozlarda gübrələmə sisteminin səmərəliliyi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.ü.f.d. Qoşqar Məmmədov,  a.e.ü.f.d. Xuraman Zeynalova, a.e.ü.f.d. Yeganə Manafova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

    Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər üç laboratoriyanın 2022-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul edildi.