• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Torpaqların mineralogiyası və kimyası, Torpaqların biologiyası və Suvarmanın müasir problemləri laboratoriyaları 2022-ci il üzrə yekun hesabatınlarını təqdim ediblər

  • 2022-11-24

       Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra “Torpaqların mineralogiyası və kimyası”   laboratoriyası 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.ü.f.d. Hüseyn Mehdiyev hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və  “Azərbaycan torpaqlarında mineralların nisbəti, torpaq kipliyinin diaqnostikası və qeyri-ənənəvi mineralların torpaq xassələrinin dəyişməsinə təsiri.”  mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.ü.f.d. Şöhrət  Şirinova, a.e.ü.f.d. Məleykə Əhmədova, a.e.ü.f.d. Bulqeys Məmmədova gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

   Daha sonra “Torpaqların biologiyası”laboratoriyası 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.ü.f.d. Pirverdi Səmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Lənkəran vilayətinin rütubətli və yarımrütubətli subtropik torpaqlarının təbii və mədəniləşən senozlarında bioloji xassələrin müqayisəli tədqiqi” mövzusuna 7 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları b.ü.f.d. Afaq Rzayeva, a.e.ü.f.d. Bəyli Əliyeva, a.e.f.d. Mehparə Sadıxova, b.ü.f.d. Mətanət Əliyeva gördükləri işlər barədə məlumat veriblər və sualları cavablandırıblar.

     Sonra İnstitutun “Suvarmanın müasir problemləri” laboratoriyasının müdiri a.e.ü. f.d. Nadir Nadirov 2022-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın  müxtəlif  bölgələrində  mövcud su ehtiyatlarından  səmərəli  istifadəni  və  torpaqların mühafizəsini  təmin  edən  suvarma  texnologiyalarının tədqiqi” mövzusuna 2 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın əməkdaşı a.e.ü.f.d.Azad Kərimov gördükləri işlər barədə məlumat verib və sualları cavablandırıb.

    Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər üç laboratoriyanın 2022-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul edildi.