• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

Ekoloji TKT istehsalı üzrə Regional Resurs və Təcrübə mərkəzi, Şamaxı və Ucar Dayaq Məntəqələri və Gənc Alim və Mütəxəssislər Şurası 2022-ci il üzrə yekun hesabatlarını təqdim ediblər

  • 2022-11-29

      Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun Ekoloji TKT istehsalı üzrə Regional Resurs və Təcrübə  mərkəzi, Şamaxı və Ucar Dayaq Məntəqələrinin müdirləri hesabatlarını təqdim ediblər.

      Növbəti olaraq İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üzrə yekun  hesabatı dinlənilib.Şuranın  sədri Tərlan Yelmarlı 2022-ci il üzrə görülən işlər barədə ətraflı məlumat verib. Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda təcrübə  mərkəzi, dayaq məntəqələri və Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üzrə illik  hesabatı  səsə qoyularaq yekdiliklə qəbul edildi.