• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Füzuli rayonunda olublar

  • 2023-02-27

   “Qarabağa Böyük Qayıdış” proqramının bir hissəsi olaraq layihələrin həyata keçirilməsi prioritet məsələ kimi qarşıda duran əsas işlərdəndir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və   Aqrokimya  İnstitutu və “En Pro Sol” MMC arasında Ağdam və Füzuli rayonlarının işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgə əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanmışdır.

   “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində Respublikamız üçün strateji əhəmiyyət kəsb edən  layihənin icrası məqsədi ilə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları və  şirkətin nümayəndəsi İbrahim Kaya Füzuli rayonunda olublar. Əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və geoinformasiya texnologiyaları əsasında rəqəmsal torpaq xəritələrinin tərtib olunmasıdır. Səfər zamanı vizual müşahidələr aparılmış, kəsimlər qoyulmuş və torpaq, su nümunələri götürülmüşdür. Hazırda tədqiqat işləri davam etdirilir.