• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Qarabağa Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihənin icrası məqsədi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda olublar

  • 2023-03-06

   Torpaqşünaslıq və Aqrokimya İnstitutunun prioritet məsələlərindən biri  “Qarabağa Böyük Qayıdış” proqramının bir hissəsi olaraq işğaldan azad olunmuş torpaqlarda tədqiqat aparmaqdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və   Aqrokimya  İnstitutu və “En Pro Sol” MMC arasında imzalanmış müqaviləyə əsasən işğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası və reallaşmasında layihələrin həyata keçirilməsində birgə əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanmışdır.

  Müqavilədə məqsəd birinci mərhələdə işğaldan azad edilmiş ərazilərdə müasir torpaq tədqiqatlarının aparılması, əkinəyararlı torpaq sahələrinin müəyyən edilməsi və müasir texnologiyalar əsasında rəqəmsal  torpaq xəritələrinin tərtib və torpaqlardan səmərəli istifadə olunması üçün tədbir və tövsiyyələrin hazırlanmasıdır.

   Bu məqsədlə institutun iki əməkdaşı və  şirkətin nümayəndəsi Şərqi Zəngəzurda  inzibati rayonlar üzrə tədqiqatlar aparmışlar. Səfər zamanı vizual müşahidələr aparılmış, ərazi müxtəlif metodik yanaşmalarla təhlil olunmuşdur. Tədqiqat zamanı mövcud əkin altında istifadə olunan ərazilərdən müxtəlif torpaq və su nümunələri  götürülmüşdür.