• Cümə, Aprel 26, 2024
  • Bakı, 18.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

  • 2023-03-17

       Bu gün AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbiri  giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev institut əməkdaşlarını xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, qədim tarixə malik Novruz bayramı münasibəti ilə təbrik edib.

     Çıxış edən İnstitutun Həmkarlar Təşkilatının sədri a.e.d Məmməd Məmmədov birliyin, bərabərliyin rəmzi olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayramlardan olduğunu, torpağın oyanaraq doğma təbiətə canlı nəfəs verdiyini diqqətə çatdırıb. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı çıxış edərək Novruz təbrikərini əməkdaşlara çatdırıb.