• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

Su Ehtiyatlarının Səmərəli İdarə edilməsi ilə bağlı Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilib

  • 2023-04-07

     05-06 aprel tarixində Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqı Ətraf Mühit Naminə (EU4Environment) Proqramının Su və Ekoloji Məlumatlar fəaliyyəti çərçivəsində Su Ehtiyatlarının Səmərəli İdarə edilməsi ilə bağlı Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilib.

   Tədbirdə AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev iştirak edərək, “Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə-kəhrizlər” adlı məruzə ilə çıxış edib. Alimin məruzəsi böyük maraqla qarşılanıb.

    Tədbirdə Azərbaycanda su ehtiyatlarının idarə edilməsində iştirak edən aidiyyəti dövlət qurumları, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avstriyanın Ətraf Mühit Agentliyi, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Fransanın Beynəlxalq Su Ofisinin ekspertləri iştirak edib.