• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 10.0°C

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki seminarda iştirak edib

  • 2023-04-13

   Aprelin 12-də Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

   Seminarda SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov, “Sumqayıt Sukanal” İdarəsinin rəis müavini Mahir Imanov, Azərbaycan Elmi - Tədqiqat Su Problemləri İnstitutunun şöbə müdiri Hamlet Fəttayev və b., həmçinin universitetin professor-müəllim heyəti, magistrant və tələbələri iştirak edib.

    Tədbirdə professor  Əlövsət Quliyev “ Azərbaycanda su ehtiyatlarından istifadə, qədim su mənbələri-kəhrizlər”mövzusuna məruzə ilə çıxış edib. Ə.Quliyev müasir  dünyada  şirin su mənbələrinin azalması, ətraf mühitin çirkləndirilməsi və sudan səmərəsiz istifadə nəticəsində mövcud su ehtiyatlarının sürətlə tükənməsi, həmçinin   zəngin şirin su ehtiyatlarına malik kəhrizlər haqqında ətraflı məlumat verib.Alim qeyd edib ki, ekosistemlərə heç bir mənfi təsir göstərməyən kəhrizlər  quraq zonalarda ən etibarlı qaynaq hesab olunur. Alimin məruzəsi böyük maraqla qarşılanıb və tələbələrin də iştirakı ilə müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

     Seminarda diqqətə çatdırılıb ki, suyun strateji əhəmiyyəti, ona qənaət istiqamətində maarifləndirici işin aparılması həmişə aktualdır.