• Cümə axşamı, Noyabr 21, 2024
  • Bakı, 15.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Zaqatala rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında iştirak edib

  • 2023-04-28

        Aprelin 28-i Zaqatala rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti “Aqrar İnnovasiya Festivalı” keçirilib.“Agrarco Fındıq Emalı zavodu”nun ərazisində keçirilən festivalda Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz rayonunun fermerləri iştirakı ediblər.

      Kənd təsərrüfatlı təyinatlı müxtəlif məhsul və texnologiyaların nümayiş olunduğu festivalda aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə maarifləndirmə işləri həyata keçirilib.

    Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu festivalda Mobil (Səyyar) Aqrar Laboratoriyası vasitəsi ilə iştirak edib. Torpaqların məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanan, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerə yerindəcə xidmət göstərən Mobil (səyyar) laboratoriya vasitəsi ilə torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı təyin edilir, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin edilir, torpaq mühitin  reaksiyası (pH) müəyyən edilir, torpaqda şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir.

      Mütəxəssislər tərəfindən fermerləri maraqlandıran mövzulara dair suallar cavablandırılıb.