• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

“Torpaq proseslərinin dinamikası”, “Torpaqların meliorasiyası” və “Torpaq fizikası” laboratoriyaları 2023-ci il üzrə yekun hesabatını təqdim ediblər

  • 2023-11-28

     AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Daha sonra İnstitutun “Torpaq proseslərinin dinamikası” laboratoriyasının müdiri a.e.f.d. Niyazi Süleymanov 2023-cü il üzrə yekun  hesabatını təqdim edib. O, “Böyük Qafqazın şimal-şərq yamacı aşağı dağlıq zona təbii və aqrolandşaftın elementar torpaq areallarının hidrotermik potensialının (HTP) mikrorelyef plastikası əsasında mikrokaten formatda müəyyənləşdirilməsi ” mövzusuna 2 işin daxil olduğunu qeyd edib hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib.

    Növbəti olaraq  “Torpaqların meliorasiyası” laboratoriyası 2023-ci il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.d. Mustafa Mustafayev hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və “Respublikada müxtəlif dərəcədə şorlaşmış və şorakətləşmiş torpaqların meliorasiyasında yeni texnologiyaların işlənməsi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Gördükləri işlər barədə ətraflı məlumat verən laboratoriya müdiri sualları cavablandırıb. Laboratoriyanın 1 işi növbəti elmi şuraya saxlanılmaq şərti ilə digər 3  işi qəbul edilib.

   Sonra İnstitutun “Torpaq fizikası” laboratoriyasının müdiri a.e.f.d.Əli Cəfərov 2023-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Salyan düzü torpaqlarının   müxtəlif kənd təsərrüfat bitkiləri altında aqrofiziki xassələrinin tədqiqi və müqayisəli   təhlili” mövzusuna 4 işin daxil olduğunu qeyd edib.

   Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olunub, suallar cavablandırılıb. Sonda hər üç laboratoriyanın 2023-ci il üzrə illik hesabatı səsə qoyularaq qəbul edilib.