• Bazar ertəsi, Dekabr 30, 2024
  • Bakı, 5.0°C

“Mineral gübrələr” və “Mikroelementlər və mikrogübrələr” laboratoriyaları 2023-cü il üzrə yekun hesabatlarını təqdim ediblər

  • 2023-11-30

       AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda “Mineral gübrələr” laboratoriyası 2023-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.d. Məmməd Məmmədov hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və AMEA Geologiya və Geofizika İnstitutu, M.N.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutları ilə  kompleks iş olan “Yerli xammal əsasında hazırlanmış üzvi-mineral komplekslərin balans hesablamaları əsasında mineral gübrələrlə birgə tətbiqinin aqrosenozlara təsiri” mövzusuna 2 işin, “Müxtəlif torpaq iqlim şəraitində qida elementlərinin balansı  və dövranı  əsasında mineral gübrələrin səmərəli tətbiqi” mövzusuna da 3 işin  daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.ü.f.d.Vüqar Cəfərov, a.e.ü.f.d. Bəhruyyə Bağırova gördükləri işlər barədə sualları cavablandırıblar.

       Sonra İnstitutun “Mikroelementlər və mikrogübrələr” laboratoriyasının müdiri a.e.ü.f.d. Əminə  Axundova 2023-ci il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Respublikanın müxtəlif landşaft tiplərinə aid komponentlərində mikroelementlərin tədqiqi və mikrogübrələrin tətbiqinin səmərəliliyi” mövzusuna 3 işin daxil olduğunu qeyd edib.

    Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki laboratoriyanın 2023-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edildi.