AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda “Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər” laboratoriyası 2023-cü il üzrə yekun hesabatını təqdim edib. Laboratoriyanın müdiri a.e.f.d. Mirvari Məmmədova hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib “Böyük Qafqazın cənub-şərq və şimal-şərq hissəsi torpaqlarının münbitlik göstəricilərinin tədqiqi və aqrosenozlarda gübrələmə sisteminin səmərəliliyi” mövzusuna 4 işin daxil olduğunu qeyd edib. Hesabatda laboratoriyanın digər əməkdaşları a.e.f.d. Xuraman Zeynalova, a.e.f.d Tünzalə Babayeva gördükləri işlər barədə sualları cavablandırıblar.
Təqdim olunan yekun hesabat şura üzvləri tərəfindən geniş müzakirə olunub, suallar cavablandırılıb. Sonda laboratoriyanın 2023-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edildi.