• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Dünya Torpaq Günü münasibətilə tədbir keçirilib

  • 2023-12-05

    AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitunda 5 dekabr- Dünya Torpaq Günü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə  İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. Tədbirdə AMEA-nın müxbir üzvü Amin İsmayılov “Torpaq və su həyatımızın mənbəyidir” mövzusunda geniş məruzə ilə çıxış edib. Alim çıxışında  bildirib ki, bu günün keçirilməsi Beynəlxalq Torpaq Elmləri Birliyi (IUSS) tərəfindən 2002-ci ildə tövsiyə edilib və 2014-cü ildə BMT Baş Assambleyası 5 dekabr tarixi rəsmi olaraq Dünya Torpaq Günü kimi qeyd edilir. Alim qeyd edib ki, Dünya Torpaq Günü insanları torpağın müstəsna əhəmiyyəti haqqında məlumatlandırmağa yönəlmişdir.

    Daha sonra AMEA-nın müxbir üzvü,professor Əlövsət Quliyev “Dünyada iqlim dəyişməsi, Azərbaycanda su problemləri” adlı məruzə ilə çıxış edib. Alim məruzəsində Azərbaycanda torpaq və su ehtiyatlarından istifadə vaxtı nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verib.Həmçinin professor Əlövsət Quliyev Dünya Torpaq Gününün önəmindən bəhs edərək qeyd edib ki,  bu gün  torpağın əhəmiyyətinə diqqət ayırmaq, torpaq və su ehtiyatlarının davamlı idarə olunmasını təbliğ etmək məqsədilə keçirilir.

   Tədbirin sonununda Əlövsət Quliyevin məsləhətçiliyi ilə çəkilən “ İçməli su “ sənədli filmi nümayiş olundu.