• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

“Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası” və “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyaları 2023-cü il üzrə yekun hesabatlarını təqdim ediblər

  • 2023-12-06

    AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Şuranın sədri AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb. İclasda İnstitutun İnstitutun “Torpaq coğrafi informasiya sistemləri” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov  2023-cü il üzrə yekun  hesabatını təqdim edib. O, hesabat ilində mövzu planı üzrə  laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib  və “Azərbaycanın Torpaq Coğrafi İnformasiya Sisteminin beynəlxalq inteqrasiya tələblərinə uyğun elmi əsaslarının işlənib hazırlanması” mövzusuna 4 işin daxil olduğunu qeyd edib.

   Daha sonra təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə “Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası” laboratoriyası 2023-cü il üzrə yekun  hesabatını təqdim edib. Laboratoriyanın aparıcı elmi işçisi  a.e.f.d Sultan Hüseynova hesabat ilində mövzu planı üzrə laboratoriyada yerinə yetirilmiş elmi tədqiqat işləri haqqında qısa məlumat verib və  “Azərbaycan torpaqlarının taksonomik vahidlərinin innovativ metodlarla genetik  diaqnostikası və xəritələşdirilməsi (Torpaq coğrafi informasiya sistemləri və  Torpaq örtüyünün strukturu, Torpaq fizikası laboratoriyaları ilə kompleks mövzu)” mövzusuna 7 işin daxil olduğunu qeyd edib.

    Təqdim olunan yekun hesabatlar şura üzvləri tərəfindən geniş müzakirə olundu, suallar cavablandırıldı. Sonda hər iki laboratoriyanın 2023-cü il üzrə illik hesabatı səsə qoyularaq qəbul edildi.