• Bazar ertəsi, Aprel 29, 2024
  • Bakı, 16.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib

  • 2024-03-29

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirildi. İclası giriş sözü ilə İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açdı.

     Tədbir İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri a.e.d. dosent Məmməd Məmmədovun çıxışı ilə davam etdi. M.Məmmədov 2018-2023-cü illəri əhatə edən hesabatı iclas iştirakçılarının nəzərinə çatdırıb. O HİK-in təşkilatçılığı ilə II Vətən müharibəsi dövründə Silahlı Qüvvələrin Yardım Fonduna pul vəsaiti köçürüldüyü, müraciət edən əməkdaşlara maddi köməklik edildiyini, istirahətlərin təşkili və komitənin öhdəliyində olan vəzifələrin  yerinə yetirildiyini qeyd etdi.

      Sonra Nəzarət Təftiş Komissiyasının üzvü a.e.ü.f.d Əminə Axundovanın  hesabatı dinlənilib.

       Daha sonra iclasın sədri Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının sədri, h.e.d, professor Habil Qurbanov çıxış etdi. H.Qurbanov Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndirdi və hesabat açıq səsvermə ilə qəbul olundu.

     Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək,  ATİAHİ-nin fəaliyyəti haqqında geniş məlumat verdi.

      Sonda İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədrini və Komitə üzvlərini müəyyənləşdirilməsi üçün   gizli səsvermə və Nəzarət Təftiş Komissiyasının üzvlərinin müəyyənləşdirilməsi üçün açıq səsvermə keçirildi. Gizli səsvermənin nəticəsinə görə səs çoxluğu ilə a.e.d, dosent Məmməd Məmmədov İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçildi.