• Bazar, May 5, 2024
  • Bakı, 19.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı “Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində Siyəzəndə ağacəkmə aksiyasında iştirak edib

  • 2024-04-18

   Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qafqaz üçün Regional Ekoloji Mərkəz tərəfindən birgə icra olunan “Torpaq Deqradasiyası Neytrallığına nail olmuş Azərbaycana doğru” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” (COP-29) və 22 aprel “Yer Günü” ərəfəsində Siyəzən rayonunda ağacəkmə aksiyası keçirilib.

   AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşı, dosent Zaman Məmmədov layihə çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.

  Təşkilatçıların, Siyəzən Rayon İcra Hakimiyyətinin, QHT-lərin və ekokönüllülərin iştirakı ilə keçirilən tədbir zamanı torpaq deqradasiyasının qarşısının alınması, yaşıllıq zonalarının bərpası və genişləndirilməsi, iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi kimi qlobal səviyyəli ekoloji çağırışlardan danışılıb, daha sonra ərazidə yerli torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.