• Çərşənbə axşamı, Oktyabr 15, 2024
  • Bakı, 16.0°C

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, prof. Ə.G.Quliyev Naxçıvan Muxtar Respublikasında keçirilən elmi-praktik konfransda iştirak edib

  • 2024-05-22

   Mayın 20-i Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “Azərbaycanda ətraf Mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans  keçirilib. Konfrans Ümumilli Liderin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə, “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29-a həsr olunmuşdur. Konfransda AMEA-nın müxbir üzvü, professor Ə.G.Quliyev “Naxçıvan Muxtar Respublikasında ərtaf mühitin mühafizəsində torpaq va su ehtiyatlarından səmərəli istifadə” adlı məruzə ilə çıxış edib. Alim hər bir ölkənin təbii sərvətlərinin  xalq təsrərüfatının əsasını təşkil etdiyini, xalq təsərrüfatının müntəzəm surətdə inkişaf etdirilməsi üçün təbii ehtiyatların qorunmalı olduğunu və bunlardan səmərəli istifadə edilməsini, insanların həyatı və maddi rifah halının, sağlamlığının təbii sərvətlərlə sıx bağlı olduğunu bildirib. Professor ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu olduğunu, ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasının, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.