• Şənbə, Iyul 27, 2024
  • Bakı, 28.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb

  • 2024-05-23

   Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu  Naxçıvan Respublikası Kənd Təsərrüfatı nazirliyinin  Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu arasında elmi -tədqiqat  və kadr hazırlığı üzrə əməkdaşlığa dair memorandum imzalanıb.

    Müqaviləni  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru,AMEA-nın müxbir üzvü,professor Əlövsət Quliyev və Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktor vəzifəsini icra edən a.e.ü.f.d.Günel Seyidzadə imzalayıb.  Müqavilədə iki müəssisənin elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsi, elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi, yeni təcrübə-istehsalat bazasının yaradılması, sahələrarası elmi-texniki sistemlərin yaradılması, yeni texnologiyaların və metodların tətbiqi sahəsində birgə seminarların təşkili, əməkdaşlıq istiqamətləri üzrə tədqiqat, təcrübə, elmi və metodiki layihələrin hazırlanması və həyata keçirilməsi, elmi və metodiki materiallar, aparılan tədqiqatlar haqqında məlumat mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının təkminləşdirilməsi üzrə İkitərəfli əməkdaşlıq əlaqələrini yaratmaq və  s. nəzərdə tutulub.