• Şənbə, Dekabr 21, 2024
  • Bakı, 9.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “17 iyun –Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib

  • 2024-06-14

        Bu gün AR Elm  və Təhsil nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda  “17 iyun –Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü”ə həsr olunmuş tədbir keçirilib.Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev açıb.Alim çıxışında bildirib ki, 17 iyun – Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü- səhralaşma, qlobal ekoloji və sosial - iqtisadi problemi günüdür. İqlim dəyişikliyi artıq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayanır. Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyətin, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunan professor Əlövsət Quliyev  bildirib ki, bu tədbir iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaqdır.

    Tədbirdə AR Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşı, beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi şöbəsinin baş məsləhətçisi Avazova Mətanət “Azərbaycan Respublikasının iqlimdəyişmələri üzrə platforması”, İqlim dəyişikliyi mərkəzinin direktoru Sevinc Əhmədova “İqlimi dəyişən əsas mənbələr”,  İqlim dəyişikliyi mərkəzinin baş mütəxəssisi Röya Əfəndiyeva “İqlim dəyişmələrinin səhralaşma və quraqlığa təsiri” mövzusunda məruzələrlə çıxış ediblər.

  Məruzələrdən sonra qarşıqlıqlı müzakirlərlə davam edən tədbirdə İnstitut əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

 Qeyd edək ki, 1994-cü ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 17 iyunda qeyd olunan “Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur.