• Cümə, Oktyabr 18, 2024
  • Bakı, 17.0°C

“Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” beynəlxalq forumu keçirilib.

  • 2024-06-28

        27-28 İyun tarixlərində Bakıda  “Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” beynəlxalq forumu keçirilib. Beynəlxalq forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə keçirilib. Forum tullantıların səmərəli idarə olunması sahəsində dayanıqlı təcrübələrin təşviqi, əməkdaşlığın gücləndirilməsi, maarifləndirmənin artırılması, innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafında müzakirələrin aparılmasında platforma rolunu oynayır. Tədbirdə AR ETN  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev iştirak edib. 

    Forumun keçirilməsində əsas məqsəd tullantıların idarə edilməsi, dövri iqtisadiyyat və dayanıqlı inkişaf sahəsində ən yaxşı təcrübələrin və innovativ yanaşmaların yayılması, qlobal miqyasda ekoloji cəhətdən məsuliyyətli təcrübələrin qəbul edilməsini təşviq edilməsi.

   Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak ediblər. Beynəlxalq Forumu çərçivəsində tədbirdə iştirak edən təşkilat və şirkətlər tərəfindən “Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib.