• Bazar, Dekabr 22, 2024
  • Bakı, 8.0°C

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru III Milli Yaylaq Festivalı çərçivəsində etnoturizm qurultayında məruzə ilə çıxış edib

  • 2024-07-08

   7 iyul 2024-cü il tarixində Göygöl rayonunun Xan Yaylağında, III Milli Yaylaq Festivalı çərçivəsində “Gəncəbasarda köç yolu və elat mədəniyyəti: əcdadlarımızın izi ilə” adlı etnoturizm qurultayı keçirilib. Ölkədə keçirilən ilk etnoturizm qurultayı Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsi və “Cavadxan Mədəniyyət Fondu”nun birgə təşkilatçılığı ilə baş tutub.

  Qurultayda AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev iştirak edərək  “Böyük İpək Yolu və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Kəlbəcər, Cəbrayıl, Ağdam, Füzuli rayonlarında kəhriz, bulaq və s. su mənbələri, onlardan tarixi dövr ərzində istifadə, köç, elat fəaliyyətinin Böyük İpək yolu ilə əlaqəsinindən bəhs etmiş , sonda isə tədbirin COP-29  ilə bilavasitə əlaqəsini də xüsusi ilə qeyd edib.

    Tədbirin sonunda ümumi ictimai müraciət oxunaraq, iştirakçılara fəxri fərmanlar təqdim edilib.